Tarixi zəfərdə vətənpərvər gənclik amilindən danışılıb

 
Naxçıvan Dövlət Texniki Kollecində "Vətənpərvər gənclik və tarixi zəfər" mövzusunda panel müzakirə keçirilib. Tədbirdə müstəqil ölkəmiz üçün ən mühüm missiya sayılan ərazi bütövlüyü və suverenliyin bərpasına aparan yola geniş aspektdən nəzər salınıb, qüdrətli Azərbaycan amalı uğrunda misilsiz xidmətləri olmuş şəxsiyyətlərdən, uğrunda canından, qanından keçən Vətən oğullarından danışılıb.
 
Əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Ardınca Vətən müharibəsinə həsr olunmuş sənədli film izlənilib.
 
Sonra mövzu ilə bağlı müzakirələrə start verilib. Spiker qismində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri İlhamə Nəzərova, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə, Vətən müharibəsi şəhidi Ramazan Göydağlının atası Əbülfət Əliyev, Vətən müharibəsi şəhidi Şükür Hacıyevin anası Fatma Hacıyeva və Vətən müharibəsi iştirakçısı Sahil Hacıbəyli çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
 
 
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti